WOW
WOW

Mühafizəçisi İsrail ordusuna qoşuldu

Mühafizəçisi İsrail ordusuna qoşuldu

Amerikalı müğənni Teylor Sviftin mühafizəçisi İsrailə qayıdıb və Fələstinə qarşı Müdafiə Qüvvələrinə qoşulub.

OLAY yazır ki, "Eras" turu zamanı Sviftin yay aylarında təhlükəsizliyini təmin edən cangüdənin ABŞ-a gəlməzdən əvvəl İsrail Müdafiə Qüvvələrinin üzvü olduğu öyrənilib.

Mühafizəçi sosial şəbəkədə hərbi formada çəkdirdiyi fotosunu yerləşdirərək bu sözləri yazıb: "Mən İsrailin yanındayam. Ediləcək tək şey  yəhudi dövləti ilə deyil, insanlığın yanında olmaqdır".

Qeyd edək ki, mühafizəçi, konsertlərdən birindən sonra Svifti səhnədən kənarlaşdırarkən, diqqətlə və sürətlə hər hansı bir təhlükəyə qarşı izdihamı nəzərdən keçirməsi ilə məşhurlaşmışdı.