Musiqi
Musiqi

Hamilə fanatı konsertdə həyəcanlandı və...

Hamilə fanatı konsertdə həyəcanlandı və...

12 "Qremmi" mükafatına sahib olan müğənni Teylor Sviftin konsert turu davam edir.

OLAY yazır ki, konsert turu çərçivəsində maraqlı hadisə yaşanıb. Taylor Svifti dinləməyə gələn hamilə qadının doğum prosesi konsert zamanı başlayıb. 

Adının Tori olduğu öyrənilən qadın təcili olaraq xəstəxanaya çatdırılıb. Qadının vaxtından 3 həftə əvvəl doğuş etdiyi bəlli olub.

Tori sosial media hesabında "Teylorun konsertinin 20-ci dəqiqəsində doğuşu başlayan mənəm" yazaraq oğlan uşağı dünyaya gətirdiyini təsdiqləyib.