Müğənni Britni Spirs “Daxilimdəki qadın” adlı kitabında 19 yaşında abort etdirdiyini açıqlayıb.
OLAY yazır ki, ifaçı addımını o vaxt sevgili olduğu müğənni Castin Timberleykin buna qarşı çıxdığı üçün atdığını etiraf edib.
“Bu, gözlənilməz oldu, amma mənim üçün faciə deyildi. Mən Castini sevirdim və həmişə düşünürdüm ki, bir gün bizim ailəmiz olacaq. Amma bu, gözlədiyimdən xeyli tez baş verdi”, – deyə Britni xatirələrindən ibarət kitabında yazıb.
Müğənni Timberleykin hamiləliyi xəbərinə sevinmədiyini "Uşaq dünyaya gətirməyə hazır deyilik, çox gəncik" dediyini bildirib.
Spirsin sözlərinə görə, abort həyatında yaşadığı ən ağrılı şeylərdən biri olub.