WOW
WOW

7 min saxta bilet qalmaqalı

7 min saxta bilet qalmaqalı

Müğənni Vitasın (əsl adı Vitali Qraçov) konsertinə saxta biletlərdən istifadə edərək 7 mindən çox əlavə tamaşaçı qatılıb.

OLAY yazır ki, hadisə  Çinin Suzhou şəhərində baş verib.

İfaçının prodüseri Sergey Pudovkin konsertdə zalın tutumundan daha çox tamaşaçının  iştirak etdiyini açıqlayıb. 

Ümumilikdə konsertə 55 min bilet satmaq planlaşdırılıb. Lakin fırıldaqçılar saxta bilet hazırlayıb, möhür vuraraq qara bazarda satıblar. 

Təbii ki, nə ifaçı, nə də prodüser buna görə əlavə qonorar almayıb. 

Biletlərdəki holoqramlar və identifikasiya kodları da vəziyyəti xilas etməyib. Sistem saxta bileti olan bütün fanatların zala keçməsinə icazə verib.