WOW
WOW

İsraildən qayıdan Samirə: "Təyyarəyə minəndən sonra hava limanı da atəşə tutuldu"

İsraildən qayıdan Samirə: "Təyyarəyə minəndən sonra hava limanı da atəşə tutuldu"

"Tel-Əviv şəhərində idik. Bizim orada konser çıxışımız var idi. Səhərə yaxın raket səslərini eşitməyə başladıq. Bunun nə olduğunu bilmirdik. Daha sonra həyəcan siqnalları səsləndi. Hər birimizin telefona mesaj gəldi. Təxminən 10 dəqiqə ərzində dayanmadan raket atılırdı. Başa düşdük ki, raketlər bizim üzərimizdən uçur. Yuxudan ayıldıq və yataq geyimində qaçmağa başladıq. Hər kəs ağlayıb, qışqırıb aşağı qaçırdı. Oteldən çıxa bilmirdik". 

OLAY yazır ki, bu sözləri ötən gün çətinliklə də olsa İsraildən Azərbaycana dönən müğənniu Samirə Əfəndi mediaya açıqlamasında deyib. 

O, səfirlik də, diaspor nümayəndələrinin onlarla mütəmadi əlaqədə olduqlarını qeyd edib: "Bizə heç yerə getməməyimizi deyirdilər. Ən əsası da, Vətəndən uzaqsan və kimə zəng edəcəyini, nə edəcəyini bilmirsən. Biz iki dəfə bilet aldıq və uçuşlar təxirə salındı. Biz qorxa-qorxa, qaça-qaça hava limanına gəlib çıxdıq. O anı ancaq yaşayanlar bilər. Çox vahiməli idi. Biz təyyarəyə minəndən sonra bizə dedilər ki, artıq hava limanı da atəşə tutulur. Bəxtimiz gətirdi ki, biz sağ-salamat gəlib çıxdıq"