WOW
WOW

"Özümü xarab olmuş mal kimi hiss etdim"

"Özümü xarab olmuş mal kimi hiss etdim"

"Hər gün güzgüyə baxıb öz-özümə deyirəm: "Bəli, sən pis gündəsən". Bədənimə baxıram və bu sinə əvvəllər çox möhkəm, tonlanmış və həqiqətən güclü idi. İndi onlar sadəcə orada sallanırlar. Bu niyə baş verir?"

OLAY yazır ki, bu sözləri aktyor Arnold Şvartsenegger deyib. O, yaş və sağlamlıq problemləri ilə bağlı bədənindəki dəyişikliklərdən çox narahat olduğunu etiraf edib: 

"Heyrətamiz bədəninizə görə illərdir təriflənirsiniz və siz qarın əzələlərinizin, sinənizin altında damarların çıxdığını görürsünüz. Sonra 50 il keçir və bütün bunlar yox olur".

Aktyor hələ də yaşıdı olan əksər kişilərindən daha yaxşı göründüyünü etiraf etsə də, bununla kifayətlənmədiyini bildirib: “Mən 30-40 yaşında heç vaxt düşünməmişdim ki, bir gün belə olacaq. Bu çox pisdir".

Arnold açıq ürək əməliyyatından sonra ilk olaraq özünü “xarab olmuş mal” kimi hiss etdiyini deyib. O zaman həkim ona əvvəlki kimi çəki qaldıra bilməyəcəyini, pəhriz saxlamağa başlamalı olacağını bildirib: "O zaman ilk dəfə özümü həssas hiss etdim".