İranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi builki Nobel Sülh Mükafatını qazanıb.
OLAY yazır ki, bu barədə Nobel Komitəsinin saytında məlumat verilib.
Məhəmmədi bu mükafatı İranda qadınlara qarşı zülmünə, onların hüquq və azadlıqları uğrunda apardığı mübarizəyə görə alıb.
“Onun cəsarətli mübarizəsi çox böyük şəxsi itkilər bahasına başa gəlib” - deyə Nobel Komitəsinin saytında deyilib.
Hüquq müdafiəçisi 13 dəfə həbs edilib, 5 dəfə təqsirli bilinərək ümumilikdə 31 il həbs və 154 şallaq zərbəsi ilə cəzalandırılıb.
Nərgiz Məhəmmədi hazırda da həbsxanadadır.