Aparıcı Mehmet Ali Erbil evliliyinə qarşı çıxan şəxsin kimliyini açıqlayıb.
OLAY yazır ki, özündən 40 yaş kiçik sevgilisi ilə evlənmək qərarına gələn 66 yaşlı Erbil yaxın dostu, müğənni İbrahim Tatlısesin ona zəng edərək "Məndən əvvəl evlənə bilməzsən" dediyini bildirib:
İbrahim mənə zəng etdi. “Məndən əvvəl evlənmə” dedi. Yeganə reaksiya onun tərəfindən oldu. Əlavə etdi ki, bundan sonra bizi seçəcəklər, biz seçə bilmərik. Biz unu bir az da ələnmiş adamlarıq”.
Sevgilisi ilə xoşbəxt münasibəti olduğunu deyən Ərbil "Uşaq sahibi olmağı düşünürsünüzmü?" sualına da cavab verib: "Evlənsək uşaq sahibi olmağı düşünürük. Hətta Al Paçino da 83 yaşında ata oldu. Onun övladı yoxdur, niyə olmasın?".