Daha bir kişi aktyor Kevin Speysini seksual qısnamada ittiham edib.
OLAY yazır ki, həmin şəxs bununla bağlı məhkəməyə müraciət ünvanlayıb. Rəsmi sənədlərdə adı “Cey Di” olaraq qeyd edilən iddiaçı 2016-cı ildə masajçı kimi çalışarkən Hollivud aktyorunun əməllərindən əziyyət çəkdiyini iddia edib.
Onun sözlərinə görə, Speysi üç dəfə onun xidmətinə müraciət edib və bu saat yarımlıq seanslar zamanı "Nyu-York Edition" otelində bir otaqda özünü nalayiq aparıb.
Xatırladaq ki, 2023-cü ilin iyulunda məhkəmə aktyora bütün zorakılıq və təqib ittihamları üzrə bəraət verib.