WOW
WOW

Məşhur müğənni keçmiş sevgilisinin həyat yoldaşına evini verdi

Məşhur müğənni keçmiş sevgilisinin həyat yoldaşına evini verdi

Müğənni Taylor Svift keçmiş sevgilisi Co Conasdan boşanan həyat yoldaşı, aktrisa Sofi Törner və övladlarına yaşamaq üçün Nyu-Yorkdakı mənzilini verib. 

OLAY yazır ki, S.Törner həmin mənzildə C.Conasla məhkəmə prosesləri ərzində qalacaq. 

Sofi Törnerin Co Conasdan ayrılması xəbəri yayılandan müğənni Teylor Svift rəfiqəsini diqqətsiz qoymayıb. Ötən gün ulduzlar birlikdə nahar ediblər və indi jurnalistlərə məlum olub ki, müğənni aktrisa və övladlarının Nyu-Yorkdakı mənzilində yaşamağa icazə verib. 

Sofi Törner iki çamadan, səyahət çarpayısı və qızları ilə birlikdə Sviftin mənzilindən çıxarkən paparassilərə tuş gəlib. Aktrisa uşaqları maşına mindirərək yenidən mənzilə qayıdıb.