İspaniya prokurorluğu müğənni Şakiranı vergidən yayınmada ittiham edib.
OLAY yazır ki, məhkəmə prosesi 20 noyabr tarixinə təyin edilib.
Şakira 2012-2014-cü illər arasında İspaniyada yaşadığı müddətdə 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyi tərəfindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunub.
Hazırda isə onun 5,3 milyon avro vergidən yayındığı iddia edilir.
8 ildən artıq həbsi tələb edilən Şakiranın məhkəməsi Barselona Əyalət Məhkəməsində baş tutacaq.