Müğənni Muazzez Ersoy Türkiyə prezidenti Recep Tayyip Erdoğanla bağlı açıqlama edib.
OLAY yazır ki, sənətçi R.T.Erdoğanla eyni məhəllədən olduğunu bildirib. O, buna görə onu tənqid edənlərə belə cavab verib:
“Prezidentimizlə bir məhəllədən olmaq, onu tanımaq cinayətdirmi? Gənc olanda dostları ona “rəis” deyirdilər, bunu bilmək cinayətdirmi? O qədər şanslıyıq ki, o, yaxşı şeir oxuyan, idmanla məşğul olan, gənc yaşında siyasətə qədəm qoyan, bu gün Türkiyəni idarə edən bir insandır. Dünya liderlərinin hörmət etdiyi bir addır. Bütün bu xüsusiyyətlərə malik olan rəhbəri qorumalıyıq. Mən onunla fəxr edirəm və etməliyik”.