WOW
WOW

Murad Arif: "İçimizdə yasımızı tutaraq, işimizi görürük"

Murad Arif: "İçimizdə yasımızı tutaraq, işimizi görürük"

“İçimdən gəldiyi kimi sizə hesabat verməti özümə borc bilirəm. Şəhid sayı bəlli deyil... Rəqəmlər hər gün artır... Əslində sayın önəmi yoxdur. Çünki, gedən hər can bizdəndir. Sənət adamı olaraq, səhnələrimiz, çıxışlarımız hər günə yazılıb. Biz bu günlər, hər gün səhnədəyik. Yenə də öz millətimizin işinə yarımaq, onların xidmətində dayanaraq işləyirik. Toy edənlər də yurdumun insanıdır". 

OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni və aparıcı Murad Arif deyib. 

O, "İnsatgram" hesabında paylaşım edərək bir məclisin min dənə hazırlığının, mərasiminin, qayğısının olduğunu qeyd edib: "Onları da qınamaq olmaz. Ləğv etmək, təxirə salmaq ayrı dərd... Azərbaycana yeni ailələr, sevinc, ruh yüksəkliyi çox lazımdır. Ruhumuz sınmasın. Amma yenə də, çıxdığım hər səhnə, oxuduğum hər mahnının arxasında elimizin ağrısını, dərdini yaşayıram. İş işdir... Həyat dayanmır... İçimizdə yasımızı tutaraq, işimizi görürük”.