WOW
WOW

“Eurovision” təmsilçisi dünyasını dəyişdi

“Eurovision” təmsilçisi dünyasını dəyişdi

Avstriyalı pop müğənni, bəstəkarı, yazıçısı və televiziya musiqi şousunun aparıcısı Peter Horton (Müller) vəfat edib.

OLAY yazır ki, Horton ölkəsini 1967-ci ildə "Eurovision"-da "Warum es hunderttausend Sterne gibt" balladası ilə təmsil edib (14-cü yerdə qərarlaşıb). 

O, həm də iki qrupun - "Guitarissimo" və "Symphonic Fingers"-in yaradıcısı və gitaraçısı olub. 

Sənətçinin ölüm xəbərini onun həyat yoldaşı açıqlayıb. 

Müğənni uzun illər parkinson xəstəliyi ilə mübarizə aparıb. 82 yaşlı Peter Hortonun son vaxtlar səhhəti kəskin şəkildə pisləşib.