Rusiyalı müğənni Lyubov Uspenskayanın İrəvanda sentyabrın 28-də baş tutmalı olan konserti qeyri-müəyyən müddətə təxirə salınıb.
OLAY yazır ki, buna səbəb Ermənistandakı etiraz aksiyalarıdır.
"Dünən İrəvanda bütün əyləncə tədbirlərinin ləğv edilməsi ilə bağlı qərar verilib. Bu, orada olacaq bütün konsertlərə aiddir. Yaxın günlərə təxirə salınıb. Tarix hələ müəyyən edilməyib" - deyə ifaçının konsert direktoru açıqlayıb.