Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlir.
OLAY APA-ya istinadəb xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndələr Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Xankəndidən gələn nümayəndələr artıq Ağdam rayonunu keçib, Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.
 
                                                         
                                                     
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                