"Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub".
OLAY yazır ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb: "Bütün bunlar bir daha göstərir ki, erməni silahlı qüvvələri əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini davam etdirir. Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmaqla istintaq aparılır, əməkdaşlarımız hazırda cinayət işləri üzrə mümkün istinatqa hərəkətlərini həyata keçirir, ilkin sübutları toplayır".