Türkiyəli reper Uzi kirayədə yaşadığı evin sahibi ilə qalmaqal yaşayıb.
OLAY yazır ki, ev sahibi reperin 4 aylıq kirayə pulunu ödəməyib qaçıdığı, evi isə dağıtdığını iddia edib. O, evə çilingərin köməkliyi ilə girdiyini də vurğulayıb.
Həmin şəxsin iddiaları cavab sız qalmayıb. Uzi ev sahibinin kirayə haqqını çox yüksəltdiyini bu səbəbdən də oradan köçdüyünü deyib. Reper ödəniş qəbzləri ilə birgə məhkəməyə müraciət edəcəyini açıqlayıb.