Aktrisa Helli Berri ilə reper Dreyk arasında qalmaqal yaranıb.
OLAY yazır ki, aktrisa reperin yeni sinqlı üçün onun fotosundan istifadə etməsinə icazə verməyib.
Buna baxmayaraq, Dreyk SZA ilə birgə ifa etdiyi "Slime You Out"-un üz qabağına Berrinin fotosunu yerləşdirib.
Reperin sözügedən foto üçün ödəniş etdiyi iddiasını aktrisa qətiyyətlə rədd edib. O, reperin müraciətinə mənfi cavab verdiyini vurğulayıb.