WOW
WOW

Həyat yoldaşı ilə 14 yaşında intim münasibətdə olub?

Həyat yoldaşı ilə 14 yaşında intim münasibətdə olub?

Amerikalı müğənni və "Rok-n-Roll kralı" Elvis Preslinin yeganə həyat yoldaşı Prisilla Presli 14 yaşında ulduzla ilk tanışlığı zamanı onunla cinsi əlaqədə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, Prisilla sözügedən məlumatın yalan olduğunu bildirib. 

"O yaşda onunla cinsi əlaqədə olmamışam. O, çox mehriban, mülayim, sevən insan idi. Mənim cəmi 14 yaşım olmasına da hörmətlə yanaşırdı" - deyə Prisilla Presli vurğulayıb. 

Qeyd edək ki, Elvis Presli 24  olan zaman Almaniyada 14 yaşlı Prisilla ilə tanış olub. Səkkiz il sonra, 1967-ci ildə cütlük ailə həyatı qurub.