WOW
WOW

Supermodel 2 illik sevgilisindən ayrıldı

Supermodel 2 illik sevgilisindən ayrıldı

Supermodel Alessandra Ambrosio iki illik münasibətdən sonra sevgilisi Riçard Lidən ayrılıb.

OLAY yazır ki, cütlük sonuncu dəfə iyun ayında birlikdə görüntülənib. 

Modelin İbizadakı tətili zamanı və qızı Anyanın doğum günündə  günündə Riçard göz dəyməyib. 

 Onlar həmçinin bu ilin yanvarından sosial şəbəkə hesablarında bir-biri ilə bağlı paylaşım da etmirlər. 

Cütlüyə yaxın mənbə bildirib ki, onlar birlikdə çox vaxt keçirməyiblər: "Alessandra dostları və uşaqları ilə birlikdə olub. Riçard isə işləyib. Ona görə də onlar bir-birindən uzaqlaşıblar və bir müddət görüşməyiblər".

Cütlüyün bir neçə aydır ki, bir-birlərini görmədiyi və münasibətlərinin bərpasının mümkün olmadığı da qeyd edilib.