Müğənni Britni Spirsin həyat yoldaşı Sem Asqari boşanmaq üçün müraciət etdikdən sonra işini itirib.
OLAY yazır ki, bu barədə Asqariyə yaxın mənbələr məlumat yayıblar.
Onun hazırda aktyor kimi heç bir təklif almadığı qeyd edilib.
Qeyd edək ki, avqustun 16-da Britni Spirsin toydan bir il sonra Sem Asqari ilə boşandığı məlum olub. Buna səbəb Asqarinin həyat yoldaşının xəyanəti ilə bağlı şayiələrə görə mübahisə etməsidir.