Olay
Olay

Britni həyat yoldaşını döyürmüş

Britni həyat yoldaşını döyürmüş

Müğənni Britni Spirsin boşanma xəbəri son günlərin ən çox müzakirə olunan mövzusudur. 

OLAY yazır ki, boşanma səbəbi olaraq ifaçının xəyənati, həyat yoldaşı Sem Asqarinin onu haqqında gizli məlumatları yaymaqla şantajı göstərilib. 

Lakin Semin dostu müğənninin münasibətləri boyu ona tez-tez ona əl qaldırdığını açıqlayıb. Mənbənin sözlərinə görə, dava o yerə çatıb ki, Sem polisə müraciət edib. 

Hətta Britni həyat yoldaşı yatarkən ona hücum edib. Paparasilər bu il Semin gözünün altında və qolunundakı izləri qeydə alıblar. 

Sem özünü müdafiə etməyib, ancaq baş verənlərdən şok keçirib. 

Mənbəyə görə, Sem ən çox Britninin evin hər yerinə bıçaq qoymasından qorxub. Buna səbəb isə Britninin onu öldürmək istəyənlərin olduğundan qorxmasıdır. 

Təəccüblü deyil ki, hazır Sem Britnini  mənəvi təzminat üçün məhkəməyə vermək istəyir.