WOW
WOW

"Atamdan sevgi dilənmişəm"

"Atamdan sevgi dilənmişəm"

“Ailəm haqda danışmağı sevmirəm. Uğurumu bütünlüklə atama borcluyam. Uşaqlıqda etdiklərim, bu gün ayaqlarım üzərində dayanma səbəbim sadəcə atamın bircə dəfə məni qucaqlayıb, “Səni çox istəyirəm. Yaxşı ki, sən mənim qızımsan” deməyi olub”. 

OLAY yazır ki, bu sözləri aktrisa Zarina Qurbanova “Qapqara” layihəsində deyib. 

O bildirib ki, heç vaxt ata nəvazişi görməyib: “Mənim atam olub, amma olmayıb. Atalıq nədir ancaq anamda görmüşəm. Amma atamı son iki ildir bağışlamışam. Çünki ona haqq verməyə başlamışam. Niyə məni sevməyib, dəstək olmayıb, arxamda durmayıb. Ondan sevgini dilənmişəm sanki. Bir dəfə dedi ki, hamı səndən danışır. Sən demə məşhur aktrisa imişsən. Amma onu da sevgi ilə demədi. Gözünə girə bilmədim”.