Müğənni Nadir Qafarzadə fotoşopla başını keçəl edən görüntüsünü instaqram səhifəsində paylaşıb.
OLAY yazır ki, sənətçi sözügedən fotoya “Əsəbiləşərək saçlarımı kəsdim. Yaraşır? 2021-ci ilin Məşədi İbadı”,- şərhini yazıb.
Əksər sosial şəbəkə istifadəçiləri Nadirin görüntüsünü ələ salıb, ifaçının obrazını tənqid ediblər.
Nadir bunun qarşısını almaq üçün yazılan rəylərə cavab verib, fotoşopla keçəl olduğunu bildirib.