"Haqqımda "Facebook"-da status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı. Şəxs müəyyən olunub tapıldı. Haqqında qanunla tədbir görüləcək".
OLAY yazır ki, bu sözlər müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinə minnətdarlığını bildirib.
"Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Klaviatura arxasında evinizdə oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz" - deyə sənətçi bildirib.