"Volt Azərbaycan" MMC Qida Təhlükəsizliyi Agentliyinin iddialarına rəsmi cavab verib.
OLAY rəsmi açıqlamanı təqdim edir:
"Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, "Wolt" şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, "Wolt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənmişdir.
AQTA tərəfindən Volt Azərbaycan" MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçmişdir.