Kanadalı reper Tori Lanez amerikalı xanım həmkarı Meqan Thee Stallionu güllələdiyinə görə 10 il həbs cəzasına məhkum edilib.
OLAY yazır ki, o, 2020-ci ilin iyul ayında "Hollywood Hills"-də təşkil olunan hovuzkənarı partidə Megana atəş açıb.
Ötən ilin dekabrında hakim heyəti, əsl adı Daystar Peterson olan Lanez-i avtomobildə dolu və qeydiyyatsız silah gəzdirməkdə, yarı avtomatik tapança ilə hücumda və odlu silahdan atəş açmaqda təqsirli bilib.
Hücuma məruz qalan reper əməliyyata ehtiyacı olduğunu və yenidən yeriyə bilmək üçün dörd gün xəstəxanada müalicə kursu keçirdiyini deyib.
“O, nəinki məni vurdu, həm də travmamı ələ saldı" - deyə Meqan bildirib.