WOW
WOW

Mikrofonu dinləyicinin başına çırpan reperlə bağlı qərar verildi

Mikrofonu dinləyicinin başına çırpan reperlə bağlı qərar verildi

Las-Veqas polisi reper Kardi Bi-yə qarşı aparılan araşdırmanı dayandırıb.

OLAY yazır ki, hadisə araşdırdıqdan və rayon prokurorluğu ilə məsləhətləşdikdən sonra, iş dəlil olmadığı üçün bağlanıb. Heç bir ittiham irəli sürülməyəcək. 

Polis hadisədən bir gün sonra  qadının Kardi Bi-yə qarşı şikayət etdiyini təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir həbsin olmadığını vurğulayıblar.

İyulun sonunda Kardi Bi-nin konsertindən video yayılıb. 

Görüntülərdə konsert iştirakçılarından birinin öz qədəhindən reperin üzərinə içki tökdüyü əks olunub. İfaçı isə düşünmədən mikrofonu onun üzərinə atıb.