Türkiyəli müğənni Aleyna Tilki ötən gecə yaxın dostları ilə birlikdə Cihangirdə yerləşən otellərdən birinə yollanıb.
OLAY yazır ki, otel otağında əyləncə məclisi quran ifaçı və dostları narahatlığa səbəb olublar. Səs-küy gecə yarısı küçədə də eşidilib. Məkanın sahibi bununla bağlı A.Tilkiyə iradını bildirib və daha səssiz olmaqlarını istəyib.
"Pulunu ödəmişəm, kimə nə" cavabını verən ifaçı ilə otel sahibinin arasında gərginlik yaranıb. Nəticədə müğənni dostları ilə birgə məkanı tərk etməli olub.