Supermodel Naomi Kempbell ikinci dəfə ana olub.
OLAY yazır ki, o, bu barədə "İnstaqram"da məlumat verib.
53 yaşlı supermodelin oğlu dünyaya göz açıb.
Bildirilir ki, körpə Kempbellin ilk övladı kimi surroqat ana sayəsində dünyaya gəlib.
"Əzizim, bil ki, varlığın məni sevgi ilə əhatə edir. Allahın əsl hədiyyəsi. Xoş gəldin, balam" - deyə Kempbell yazıb.