“Mən dəstəmaz alanda oğlum xalçanı yerə sərib əllərini göyə qaldırır. İməkləyir! Ramazanda ailə içində iftara hazırlaşırdım. Bir də gördüm səs gəldi. Uşaq dayanmadan “Allah” dedi. Ramazanın ən böyük hədiyyəsi budu. Bu, həqiqətən də möcüzədir. Ailə istəyirsə, övladı gələcəkdə sağlam olsun, onu Allahla tanış etməlidir”.
OLAY yazır ki, bu sözləri müğənni Elnur Məmmədov “Günün Sədası” proqramında qonaq olarkən deyib. Sənətçi oğlu haqda danışaraq bunları deyib:
“Çox xarakterli uşaqdır. Allah bütün övladları qorusun. Gecə- gündüzümüz yoxdur. Allah, möhlət ver ki, övladımı əməli-saleh böyüdüm, Allahı ona tanıdım. Oğlum dünyaya gələndən hər bir şeyi ona başa salacam. Namazı belə ona anladacam”.
Qeyd edək ki, Elnur 2021-ci ildə ata olub. O, övladına İnam adını qoyub.