WOW
WOW

“Komedixana”ya acıq verdilər

“Komedixana”ya acıq verdilər

Ötən aylarda “Komedixana”dan qalmaqallı şəkildə ayrılan Firuzə Balayeva yeni layihəsi haqqında danışıb.

Bu barədə aktrisa Fərda Xudaverdiyevin təqdimatında yayımalanacaq olan, özünün də yer aldığı “Zarafatyana” verilişinin çəkilişində OLAY-la söhbətləşib. 

F. Balayeva kimsənin adını çəkməsə də, sözləri ilə “Komedixana”ya acıq verib:

“İnanırıq ki, “partladacağıq”. Hələ 4-cü çəkilişdir. Mən çox danışmağı sevmirəm. Hər şeyimi səhnədə göstərirəm. Əminəm ki, reytinqlərdə birinci olacağıq”.

Onunla bərabər aktrisa Könül Yusifqızı da layihələrinin çox uğurlu olacağına və reytinqlərdə birinclik əldə edəəcklərinə inandığını söyləyib.

Qeyd edək ki, Əməkdar artist Ülviyyə Əliyeva, Məcid Hüseynov, Tərlan Nur Yaşar, Əlibəy Məmmədli və Firuzə Balayevanın da rol aldığı proqram “Komedixana” ilə oxşarlıq təşkil edir.