WOW
WOW

“Meral Konrat ilk qaranquşlardan olub”

“Meral Konrat ilk qaranquşlardan olub”

“Təhminə” filmi ilə Azərbaycanda məşhurlaşan türk aktrisa Meral Konrat “Elgizlə izlə” verilişində qonaq olub.

OLAY yazır ki, aparıcı Elgiz Əkbərin proqramda onun haqda danışarkən sənətçini tərifləyib:

“Meral Konrat zamanında Türkiyə və Azərbaycan mədəniyyətləri arasında körpü yaradıb. İlk qaranquşlardan olub. O, elə bizim dəyərli aktrisa, gözəl insandır. Biz onu nə qədər çox istəyirik”.

Qeyd edək ki, onlar birlikdə “Elçilik” filmində rol alıblar.