WOW
WOW

AzTV-də yoxlamalar aparılır!

AzTV-də yoxlamalar aparılır!

Hesablama Palatası bu gündən “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır. 

OLAY yazır ki, bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.