Fotosessiya
Fotosessiya

Şahzadə Herri və sirli dünyası

Şahzadə Herri və sirli dünyası

Dünyanın ən mediatik monarxiyası olan Britaniya kral ailəsi uzun illər siyasi mövcudluğu ilə yanaşı, populyar mədəniyyətin də mühüm simvoluna çevrilib.

OLAY yazır ki, onlar sevgisindən tutmuş intriqalarına, geyimindən ev həyatına qədər bir çox mövzuda gündəm yaratmaqda aktivdir.

Kraliça Elizabet, Şahzadə Diana və Kral Çarlz son illərin ən populyar hekayələrində baş rollar idi. İndilərdə isə bu ad Şahzadə Herridir.

Kral ailəsinin öhdəliklərindən imtina etdikdən sonra bu günə qədər təcrübələrini bölüşən Herri, ilk gündən bestseller olan “Spare” kitabı ilə danışmağı sevən biri olduğunu sübut edir. Təbii ki, dərin sirlərini paylaşan biri olduğunu da… 

Əvvəlcə yoldaşı Meqan Marklla sənədli filmi, indi isə “Spare” kitabı vasitəsi ilə söylədiyi şeylər Herrini aysberqlə müqayisə etmək üçün kifayətdir. Titanik gəmisini batıracaq qədər iddialı olan aysberq…

Əfqanıstanda vəzifəsi sırasında öldürdüyü Taliban döyüşçüləri, Şahzadə Uilyamla arasındakı münaqişələr, atasının ikinci evliliyi, narkotik istifadəsi, ilk cinsi əlaqəsi, yaşadığı travmalar və daha çox xatirələr bu kitabı bestsellerlər siyahının zirvəsinə yüksəldi və şok effekti yaratdı. 

Saraylardan tutmuş sənədli filmlərə, kitab səhifələrindən televiziya şoularına qədər Herrinin xatirələri, yəqin ki, bunlarla məhdudlaşmayacaq…