WOW
WOW

“İmtahan”ın ulduzu necə formada qalır?

“İmtahan”ın ulduzu necə formada qalır?

“Çəki alanda üzüm kökəlir deyə elə bilirlər çox kökəlib, tez arıqlayıram. Amma 2-3 kiloqram çəkim artır onu da ət dietası edərək atıram”.

OLAY yazır ki, bu sözləri “İmtahan” serialının ulduzu, gənc aktrisa Üzel Kərimova sosial media hesabında sualları cavablandırarkən yazıb.

O, fit qalmasının səbəbini açıqlayıb:

“Ət pəhrizi model vaxtlarımdan ağlıma qalıb. Un və duz istifadə etmirəm. Sadəcə ət (balıq, toyuq, dana) və tərəvəzlərlə toxluq hiss edənədək yeyirəm. Qazlı sual istifadə etmirəm. Xüsusi diqqət etdiyim heç nə olmur. Əsas çörək və “atışdırmalıq” məhsullardan uzaq dururam. Nəticə möhtəşəm olur. Həm sağlam qalıram, həm də arıqlayıram”.

Sənətçi bir zamanlar aktiv məşğul olduğu pilateslə artıq maraqlanmadığını da bildirib:

“Pilatesi bitirdim. Son zamanlar psixoloji, həm də fiziki olaraq başqa bir idman növünə ehtiyacım varmış kimi hiss edirdim”.