Fotosessiya
Fotosessiya

Elşad Oksanayla Şəhriyarın evliliyindən danışdı

Elşad Oksanayla Şəhriyarın evliliyindən danışdı

Reper Elşad Xose keçmiş xanımı Oksana Rəsulova ilə Şəhriyar Əbilovun evliliyindən danışıb.

OLAY yazır ki, ifaçı bu haqda Rəqsanə İsmayılovanın “Göz önündə” layihəsində qonaq olarkən söz açıb.

Elşad Rəqsanənin “Oksana ilə Şəhriyarın evliliyinə inanırdın” sualına belə cavab verib:

“Mən daxilən tərəddüd edən insanam, hər şeyi araşdıranam, ilk baxışdan inanmaram. Sadəcə olaraq bu mövzu mənə maraqlı olmayıb deyə izləməmişəm. İnansam nə olacaq, inanmasam nə? Bu mövzuya mən o dərəcə biganəyəm ki, həmişə qaçmışam, açmamışam, istəmirəm bu haqda danışam. Deyir, əgər sənin bir neçə ərin olubsa və onlar hamısı səni döyübsə, deməli problem səndədir, misal üçün deyirəm… Əgər 4-5 insan səni pisləyirsə, deməli burada nəsə var. Hamı pis ola bilməz axı… Sadəcə olaraq kimsə xəyanətə öyrəşib, kimsə yox. Ona görə bir az çətin mövzudur”.

Qeyd edək ki, Oksana ötən ilin sentyabrında Şəhriyarla boşandığını açıqlamışdı. Onların bu evlilikdən Osman adlı bir oğlu var.