Son günlər sosial mediada ən çox müzakirə edilən İctimai Televiziya və Art Filmin istehsalı olan “Əqrəb mövsümü” serialıdır.
Aktyor Azər Aydəmirin təşəbbüsü ilə Ceyhun Hidayətlinin “Əqrəb” milli dedektivinin motivləri əsasında çəkilən ekran işi rezonansa səbəb olub və izləyicilər tərəfindən çox bəyənilib.
OLAY-ın əldə etdiyi məlumata görə, seriala olan maraq kitab həvəskarlarını hərəkətə keçirib. Belə ki, 2015-ci ildə çap edilən əsər oxucuların istəyilə yenidən çap olunur.
Qeyd edək ki, serialda baş rolları Hikmət Rəhimov, Azər Aydəmir, Abbas Qəhrəmanov, Səmimi Fərhad canlandırır. Filmin rejissoru isə Emil Quliyevdir.