Amerikalı aktrisa Zendaya və britaniyalı aktyor Tom Holland, ehtimal ki, münasibətlərini rəsmiləşdiriblər.

OLAY yazır ki, mümkün toyu aktrisanın uzun illərdir dostu olan stilist Lo Roç jurnalistlərlə 2026-cı il "Actor Awards'' mükafatının qırmızı xalçasında söhbət edərkən açıqlayıb.

Roçun sözlərinə görə, mərasim artıq baş tutub, lakin o, detallarını açıqlamayıb. Mətbuata verdiyi açıqlamada stilist bildirib ki, evlilik "çoxdan baş tutub" və pərəstişkarlar "hər şeyi qaçırıblar". Bununla belə, aktyorların öz nümayəndələri bu barədə hələlik rəsmi açıqlama verməyiblər.

Hazırda mərasimin yeri və tarixi barədə məlumat yoxdur. Cütlük şəxsi həyatı ilə bağlı adətən gizlilik siyasətini saxlayır, ona görə də rəsmi açıqlamalar ya sonradan verilə bilər, ya da heç verilməyə bilər.

Zendaya və Tom Holland “Hörümçək Adam: Evə Qayıdış” filmində baş rolları oynayarkən tanış olublar.

Tom Hollandla Zendayanın evlilik detalları... Tom Hollandla Zendayanın evlilik detalları...