WOW
WOW

Güneldən ona söz atan aktrisaya sərt reaksiya

Güneldən ona söz atan aktrisaya sərt reaksiya

Müğənni Günel Zeynalova və türk aktrisa Yeliz Yeşilmen arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Yelizin Günelin estetikləri ilə bağlı xəbərə “Burun, dodaq, diş, yanaq estetiki var. Heç nə yoxdu, kiçik toxunuş” şərhi olub.

Zeynalova ona “Bəli, Yeliz. Sonuncu dəfə məni görəndə nə qədər gözəlləşmisən, maşallah, demişdin. Kaş üzümə və dişlərimə yaxşı baxardın. Onda sənə hansı prosedurları etdirdiyimi deyərdim. Onsuz da saxta səmimiyyətləri anlaya biləcək yaşdayam. Sənə də sevgilər” cavabını verib.

Yeşilmen isə “Həyatım, burada ciddiyə alınacaq bir şey yoxdur. Nəticədə doğrudan da uşaqlığınla indiki halın arasında böyük dəyişiklik var. Amma bu yaxşı estetikdir, yaxşı dəyişimdir. Niyə açıq-açıq demirsən? Burada pis bir şey yoxdur. Çox aydındır. Zatən sənə pis bir şey söyləməmişəm” deyərək rəyini izah edib.