WOW
WOW

“Bakıdakı evimi də satdım” – Rüfətdən açıqlama

“Bakıdakı evimi də satdım” – Rüfətdən açıqlama

Azərbaycanlı modelyer Rüfət İsmayıl evsiz qalması ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, Türkiyənin ATV kanalının xəbər proqramına danışıb. Rüfət deyib ki, inşa edilən binalar yerində qalıb, lakin möhürlü olduğu üçün giriş qadağandır:

“Binalar yerində qalıb, lakin möhürlüdür, kimsə girə bilmir. Bakıdakı evimi də satdım, burada belə oldu. Burada ev almaq istəyirdim, Türkiyəni çox sevirəm, ikinci vətənimdir. Dedilər ki, çox yaxşı və güvənilən şirkətdir. İlk dəfə iki bina var idi. Sonra 6 bina da tikilmə qərarı verildi. Bir mənzil aldıq, 2014-ün pulu ilə 280 min dollar idi. İndi 5 milyon lirəyə (453 min manat) yaxın pul edir. Sənədləri ala bilmirik, alsaq da, üstündə ipoteka durur. Haqsızlığa məruz qaldım, inşallah bir möcüzə olur”.

Həmçinin verilişdə bildirilib ki, Rüfət ailəsi ilə Nişantaşında kirayə yaşayır.