Paris Moda Həftəsi çərçivəsində keçirilən “Balenciaga” brendinin moda nümayişinə qatılan məşhur rep ifaçısı Kardi B nəhəng papağı ilə qırmızı xalçada ən çox diqqət çəkən məşhur olub.
OLAY yazır ki, Fransanın paytaxtındakı “Du Chatelet” Teatrında keçirilən tədbirə o, repçi həyat yoldaşı Ofsetlı birgə qatılıb.
Onun obrazı tamaşaçı və dəb təndiqçilərin marağına səbəb olub, repçi geyimi ilə bağlı müsbət rəy alıb.