Müğənni Zamiq Hüseynov yay mövsümünü solo konsert ilə bitirib. 

OLAY yazır ki, 40 yaşlı sənətçi məkanların birində səhnə alıb.

Hüseynov 2 saat ərzində sevilən və hit mahnılarını ifa edib.

Zamiq “Kaman”, “Uçduq”, “Oğlum”, “Əvəzsizim”, “Sən necə də gözəlsən”, “İfadə”, “Mən səni sevirəm” adlı nəğmələrini sevənləri ilə bərabər səsləndirib.