Xərçəngə tutulan prodüser Armağan Çağlayan öz layihəsində ağlayıb.

OLAY yazır ki, o, yutubda yayımlanan verilişində göz yaşlarını saxlaya bilməyib. Armağan ötən günlərdə xərçəngdən dünyasını dəyişən, aktrisa Billur Kalkavandan danışıb:

“Billur xanım vəfat etdiyi gün ciyərimdə şiş tapıldı. Vəfat xəbərini eşidəndə sanki heç nə tapılmamış kimi hiss etdim və həmin proqramı izlədim. Billur xanım kimi check-upa getmişdim, orada tapıldı. Qorxuram? Yox. Sadəcə ağrı hiss etmək istəmirəm”.