Türkiyəli aktrisa Serenay Sarıkaya müğənni sevgilisi Mert Demirlə tətildən geri gələrkən axşam saatlarında İstanbul Hava Limanında paparatsiyaların obyektivinə tuş gəliblər.

OLAY yazır ki, əhvalları yerindən olan aşiqlərin əl-ələ tutması kameralara yansıyıb. 

32 yaşlı Serenay və 30 yaşlı Mert jurnalistlərin yaxın zamanda evlənib – evlənməyəcəyi ilə bağlı suallara heç bir şərh verməyiblər. 

Onlar gülərək media nümayyəndələrindən uzaqlaşaraq aeroportu tərk ediblər.