İş xanımı Ruhi Əliyeva münsif olduğu “Xəzərin rəqsi” müsabiqəsi barədə paylaşım edib.

OLAY yazır ki, Əliyeva instaqramda yayımladığı videoda artıq finala çox az qaldığını qeyd edib:

“Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə baş tutan “Xəzərin rəqsi” müsabiqəsinin artıq finalına yaxınlaşırıq. Hər bir iştirakçının səmimi, ürəyi, ruhuyla oynamağını izləmək o qədər gözəldir ki...

İstedadlı gəncləri üzə çıxarıb hər kəsə tanıdacağına əmin olduğum bu layihəyə qatılan hər kəsə uğurlar arzulayıram”.