Aktyor Mert Ramazan Demir həmkarı Kubilay Aka ilə dava etməsi xəbərlərinə münasibət bildirib.

OLAY yazır ki, Mert sosial şəbəkələrdə və mediada yayıldığı kimi böyük davanın olmadığını söyləyib:

Mert Kubilayla davasından danışdı

“Biz mübahisə etmədik, dava olmadı, onunla göz-gözə belə gəlmədim. Bizim Afra (Afra Saraçoğlu – red.) ilə dostluğumuz yeni deyil, çox əvvəldən münasibətimiz var. Amma bu məsələ mənasız yerə çəkildi. O, gəlib, müdaxilə edib. Söhbət zamanı mən içəridə deyildim, Mert Yazıcıoğlu isə zəng etmədi”.

Mert Kubilayla davasından danışdı

Qeyd edək ki, bir neçə gün əvvəl iki aktyorun restoranların birində dava etdiyi xəbəri yayılmışdı. Kubilayın yaxın dostu Mert Yazıcoğlunun sevgilisi A. Saraçoğlu ilə səmimi olmasına etiraz etdiyi, daha sonra tərəflərin dalaşdığı deyilib.

Mert Kubilayla davasından danışdı