Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı gürcü musiqiçiləri Azərbaycan mahnısı ifa ediblər.

OLAY yazır ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə məlumat paylaşıb:

“Gürcü musiqiçilərinin ifasında məşhur “Azərbaycan” mahnısı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan arasında “dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin” səmimi illüstrasiyası”, - deyə Hacıyev qeyd edib.