Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi İnstaqram hesabında Dubayda keçirdiyi tətilindən görüntüləri izləyiciləri ilə bölüşüb.

İbrahimli posta “Videoqraf dostlarım, hazırlaşın, sizə rəqib gəlir” – qeydini əlavə edib.

Qeyd edək ki, Günay İbrahimli həm də modelyerlik fəaliyyəti ilə məşğuldur. Onun şəxsi butiki var.